Bilal Ərdoğan Azərbaycana qaçıb?
27 Dekabr 2013 Cümə 16:01
Türkiyə mətbuatının yazdığına görə Bilal Ərdoğan ifadədən yayınmaq üçün gizlənib.
Türkiyədə başladılan, ölkədə sarsıntılara səbəb olan rüşvət və korrupsiya əməliyyatlarının növbəti dalğasının olacağı bildirilir. Bu çərçivədə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan ın ifadə vermək üçün prokurorluğa çağırıldığı qeyd edilib.

Türkiyə mətbuatı isə Bilal Ərdoğanın ifadədən yayınmaq üçün gizləndiyini bildirir.

Oğul Ərdoğanın İstanbulda atasına aid evdə olduğu, habelə qaçaraq Azərbaycanda gizləndiyi iddia olunur.

Qeyd edək ki, Bilal Ərdoğan rüşvət korrupsiya qalmaqalı nəticəsində saxlanılan biznesmenlrin milyonlarla lirə pul köçürdüyü iddia olunan TÜRGEV-in (Türkiyə Gənclik və Təhsilə Xidmət Fondu) idarə heyətinin üzvüdür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar