Beynəlxalq Valyuta Fonduna türk rəhbərlik edə bilər
20 May 2011 Cümə 01:37
Dünya maliyyə nəhənginin direktorluğuna naizədlərdən biri Kamal Dərvişdir
Qərb KİV-inin məlumatına görə, Fransanın maliyyə naziri Kristin Laqard Avropa Birliyinin Beynəlxalq Valyuta Fondunun rəhbəri vəzifəsinə mümkün namizədidir. “The Wall Street Journal” yazıb ki, Avropa hökumətləri fransalı nazirin namizədliyini dəstəkləyirlər. Artıq İsveçin maliyyə naziri Anders Borq fransalı həmkarının namizədliyini açıq şəkildə dəstəkləyib. Kristin Laqardın Almaniya tərəfindən də dəstəklənəcəyi gözlənilir.

Kristin Laqardın xeyrinə olan arqumentlərdən biri də budur ki, o, BVF rəhbəri postunda ilk qadın ola bilər.

“The New York Times”ın məlumatına görə, BVF rəhbəri vəzifəsinə namizədlərdən biri də Türkiyənin iqtisadiyyat üzrə keçmiş dövlət naziri Kamal Dərvişdir. O, 24 il Beynəoxalq Valyuta Fondunda işləyib. Kamal Dərviş Bülənd Ecevit hökumətinin naziri olduğu dövrdə BVF-lə apardığı danışıqlar nəticəsində Türkiyədənin maliyyə böhranından daha az zərərlə xilasına nail olub. O, Türkiyənin maliyyə sisteminin radikal şəkildə yenidən qurulmasını nəzərdə tutan Güclü İqtisadi Proqramını hazırlayıb. Lakin 2002-ci ilin avqustunda baş nazirin müavini Devlet Bahçeli ilə aralarındakı fikir ayrılıqlarına görə dövlət naziri vəzifəsindən istefa verib.

Hələlik ABŞ-ın Maliyyə Nazirliyi BVF rəhbərliyinə nmizədlər arasında seçimini açıqlamayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar