Beynəlxalq Əlillər Günü
03 Dekabr 2010 Cümə 06:45
Azərbaycanda bu gün 462 min 672 nəfər əlil var
Bu gün dünyada Beynəlxalq Əlillər günü kimi qeyd olunur. Dekabrın 3-nün əlillər günü kimi qeyd olunmasıyla bağlı qərar Rusiya Federasiyasının təşəbbüsü ilə 1992-ci ildə BMT-nin baş məclisində qəbul edilib. Hər il bu tarixdə BMT-yə üzv ölkələrdə əlillərin cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönələn tədbirlər görülür. Hazırda dünyada 150 milyondan çox xüsusi qayğıya ehtiyacı olan əlil uşaq var. Azərbaycanda isə bu gün 462 min 672 nəfər əlil var. Bunların müəyən hisəsi əmək pensiyası, digər qismi isə sosial müavinətlə dolanır.
DOSTLARINLA PAYLAŞ: