Beynəlxalq aviaşirkətlər İraqın üstündən uçmayacaq
02 Avqust 2014 Şənbə 18:31
"Emirates", "Air France" və "Lufthansa" aviaşirkətləri İraq üzərindən uçuşları dayandırıb.
Avstraliyanın ən böyük aviaşirkəti "Qantas" İraqın üstündən uçuşları dayandırılmasını elan edib.

ANS PRESS-in məlumatına görə, şirkət belə bir qərarı Ukraynanın şərqində "Boeinq-777"-nin qəzaya uğramasından sonra verib.

İraqda gedən münaqişəyə görə, başqa beynəlxalq aviaşirkətlər artıq belə addım atıb. "Emirates", "Air France" və "Lufthansa" aviaşirkətləri İraq üzərindən uçuşları dayandırıb.

Bununla belə "British Airways" Britaniya şirkəti bildirib ki, İraqın üstündən uçuşların təhlükəsizliyinə inanmağa davam edir.

Qeyd edək ki, ABŞ-ın vətəndaş aviasiyasının Federal idarəsi potensial təhlükəli vəziyyətə görə, İraq səmasında təyyarə uçuşlarını təhlükəli hesab edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar