Beyin əməliyyatı keçirən yunan öz dilini unudaraq türkcə danışır
02 Dekabr 2009 Çərşənbə 05:15
Yunanıstanlı Popi Sakirakis beyin əməliyyatından sonra ana dili yunancayı unudaraq türkcə danışmağa başlayıb.
ANS PRESS “TRT”-yə bistinadən xəbər verir ki, uşaqlıq illəri İstanbulda keçmiş Sakirakis daha sonra ailəsi ilə birlikdə Yunanıstana köçüb və türk dilini tamamilə unudub. Ancaq əməliyyatdan sonra onun türkcə danışması və yunan dilini xatırlamaması özünü və ailəsini təəccübləndirib. Həkimlərlər bu vəziyyətin tibbi açıqlaması olduğunu, belə hadisələrin nadir hallarda da olsa baş verdiyini bildirib. Mütəxəssislər isə insan beyninin mürəkkəb orqan olduğunu, insanların bu bədən üzvü barədə sadəcə milyardda bir məlumata sahib olduqlarını xatırladıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar