Bəy toyundan qovuldu
02 Dekabr 2009 Çərşənbə 15:40
Bəy toyundan qovuldu. Toyda iştirak edənlər bəyi yaxşıca döyüblər.
İnsan həyatının ən xoşbəxt günü olan toy mərasimi heç də həmişə arzulanan kimi başa çatmır. Peru sakinin də toyu belələrindəndir.
Kütləvi nikah mərasimində sevdiyi qadınla ailə hayatı qurmağa hazırlaşan şəxs bu arzusuna nail ola bilməyib. Belə ki, salondakılar bəyi döyə-döyə toydan qovublar. Buna səbəb isə onun ailəli olmasıdır.
Birinci arvadından ayrılmamış ikinci dəfə evlənmək istəyən kişinin iki uşağı var. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: