. Dekabrın 11-də İstanbulda keçirilməsi nəzərdə tutulan “Best model of the world-2010” yarışması təxirə salınıb. “Best model of Azerbaijan-2010”-un prezidneti Anar Ağakişiyevin
APA-ya verdiyi məlumata görə, buna səbəb müsabiqənin prezidenti Ərkan Özərmanın səhhətində yaranan problemlərdir. Belə ki, ötən ay Bakıya gələrkən müsabiqə prezidentinin səhhətində yaranmış problem daha da ciddiləşib və problemin həlli üçün cərrahiyyə əməliyyatı tələb olunur. Elə müsabiqənin vaxtının dəyişdirilməsinin səbəbi də Ərkan Özərmanın əməliyyat olunması ilə bağlıdır. “Best model of the world - 2010” yarışmasının 2011-ci ilin ilk aylarında keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, bu müsabiqədə Azərbaycanı qız modellərdən Günay Musayevaya, oğlan modellərdən isə Azər Atakişiyeva təmsil edəcək. Ənənəvi olaraq bu beynəxlalq müsabiqə hər ilin dekabrında baş tuturdu.