Bəşəriyyət tarixinin ən isti ili?
03 Dekabr 2010 Cümə 01:35
Bu ilin hava və dəntz temperaturu 1961-1990-cı illərin orta göstərisini 0,55 dərəcə üstələyib
2010-cu il bəşəriyyət tarixinin ən isti ilidir. Bunu Meksikanın Kankun şəhərində BMT-nin işlim dəyişikliyi ilə bağlı çərçivə sazişi tərəflərinin konfransında Ümumdunya Meteorologiya Təşkilatının (ÜMT) baş katibi Mişel Jarro deyib. O bildirib ki, son onillikdə rekord temperatur göbstəriciləri qeydə alınır. ÜMT rəhbərinin sözlərinə görə, əhəmiyyətli istiləşmə baş verir və bunu danmaq olmaz.

Mişel Jarro bildirib ki, bu ilin yanvar-oktyabr aylarında hava və dəniz temperaturu 1961-1990-cı illərin orta göstərisini 0,55 dərəcə üstələyib. ÜMT sədri deyib ki, 2010-cu ildə ən kəskin temperatur anomaliyaları Kanada və Qrelandiyada qeydə alınıb. Afrikanın şimalı və Asiyanın cənubu isə öu məsələdə daha qeyri-stabil olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar