Bəşər Əsədin qayını yaralandı
13 Dekabr 2012 Cümə Axşamı 15:26
Suriya DİN rəhbəri Dəməşqdə törədilən partlayışda xəsarət alıb.
Suriya daxili işlər naziri Məhəmməd əş-Şaar Dəməşqdə törədilən partlayış nəticəsində yaralanıb. ANS PRESS-in France-Press-ə agentliyinə istinadən verdiyi məlumata görə, partlayış Dəməşqin hərbi qərərgahının inzibati binasında törədilib.
Partlayış nəticəsində nazir çiynindən yaralanıb. Dərhal hospitala çatdırılan DİN rəhbəri və eyni zamanda prezident qayını olan Məhəmməd əş-Şaarın səhhəti qənaətbəxsdir.
Qeyd edək ki, partlayış nəticəsində 4 nəfər ölüb, 20 yaralanıb. Partlayışda yaralanan Məhəmməd Əşşarın Bəşər əsədin yeznəsi olduğu bildirilir.
DOSTLARINLA PAYLAŞ: