Bəşər Əsədin general dostu Türkiyəyə qaçdı
06 İyul 2012 Cümə 01:23
Manaf Tlasın atası 30 il Bəşər Əsədin atası Hafiz Əsədə xidmət edib.
Daha bir suriyalı general Türkiyəyə qaçıb. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi məlumata görə, bu dəfə ölkəni Respublika Qvardiyasının rəhbərlərindən biri, Bəşər Əsədin dostu hesab edilən Manaf Tlas tərk edib.

Manaf Tlas Suriya prezidentinin ətrafındakı azsaylı sünnilərdən biri idi. Maraqlıdır ki, onun atası Mustafa təxminən 30 il Bəşər Əsədin atası Hafizə xidmət edib.

Generalın Türkiyədə çox qalmayacağı və Parisə yola düşəcəyi gözlənilir. Orada Manaf Tlasın bacısı, Səudiyyə Ərəbistanından olan milyarderin dul arvadı yaşayır.

Dəməşqdə isə generalın evində axtarış aparılıb.

Qeyd edək ki, müxalifət Bəşər Əsədin qardaşı Mahirin başçılıq etdiyi Respublika Qvardiyasını mülki şəxslərin kütləvi qətlində günahlandırır. Manaf Tlas isə bu qurumda sözü keçən generallardan olub və əsgərlər məhz ona inanırlarmış.


DOSTLARINLA PAYLAŞ:

oyunlar