Bəşər Əsədi “Twitter”də öldürdülər
07 Avqust 2012 Çərşənbə Axşamı 01:33
Sosial şəbəkədə yayılan bu xəbər dünyada qalmaqala səbəb oldu.
Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevə aid olduğu iddia edilən “Twitter” səhifəsində yazılan mesaj qalmaqal səbəb oldu. Səhifədə əvvəl Rusiyanın Dəməşq səfirliyinə istinadən Bəşər Əsədin öldüyü və ya yaralandığı iddia olundu. Növbəti mesajda isə, “Bəşər Əsəd, Əsma Əsəd və daha 2 nəfərin Ləzqiyyə şəhərində öldürüldüyü təsdiqlənib” – yazıldı.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi daha sonra açıqlama verərək Bəşər Əsəd barədə iddiaların həqiqəti əks etdirmədiyini, “Twitter” şəbəkə saytında olan səhifənin nazirə aid olmadığını bildirib.
“Twitter”də olan bu saxta səhifənin isə italyan jurnalist Tomasso Benedettiyə aid olduğu iddia edilib.
DOSTLARINLA PAYLAŞ: