Beşer Esede yardım eden ölkeler
30 İyun 2013 Bazar 08:11
Suriya baş nazirinin müavini maliyye menbelerini açıqlayıb.
İki ildən çoxdur vətəndaş müharibəsi getməsinə baxmayaraq Bəşər Əsədin hələ də iqtisadi cəhətdən ayaqda durmsasının arxasında Rusiya, İran və Çin dayanır. ANS PRESS-in məlumatına görə, bu barədə Suriya baş nazirinin müavini Kadri Cəmil açıqlama verib. "Financial Times" qəzetin müsahibə verən baş nazirin müavini hər ay bu üç ölkədən 500 milyon dollar yardım aldıqlarını deyib. O, bu yardımların neft və müddətli kreditlərlə təmin edildiyini vurğulayıb.

Rus gəmilərinin Suryia limanlarına neft və neft məhsulları daşıdığını deyən Kadri Cəmilin "birilərnini onlara hücum edəcəyini gözləyirik" ifadəsi ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Politoloqlrın qənatəinə görə, bu müəyyən hədəflərə hesablanmış açıqlama da ola bilər. Bəşər Əsəd rejimi bu açıqlama ilə Suriya müxalifətinə dəstək verən ölkələrin İran, Rusiya və Çinlə münasibətlərini korlamaq və bu ölkələri Suriyanın daxili savaşına cəlb etmək istəyir.

Bunlardan başqa İraqdakı Nuri əl Məliki hökumətinin də Suryiaya yardım etdiyi açıqlanıb.

Kadri Cəmil Qərb ölkələrinin Suryiaya tətbiq etdiyi iqtisadi embaroqoya görə, bütün xarici ticarətlərini İran riyalı, rus rublu və Çin yuanı ilə etidiklərini deyib. O əlavə edib ki, münaqşə bitdikdən sonra Suriya müxalifətə dəstək verən ölkələrdən təzminat tələb etməklə aldıqları kreditləri bağlamağı düşünür.



DOSTLARINLA PAYLAŞ:

oyunlar