Bəşər Əsədə daha bir ağır zərbə
18 İyul 2012 Çərşənbə 16:36
Partlayış nəticəsində Suriya prezidentinin qaynı Asif Şövkətin öldüyü bildirilir.
Suriyadan ziddiyyətli xəbərlər gəlir. Paytaxt Dəməşqdə milli təhlükəsizlik xidmətinin binası önündə törədilən terror aktı nəticəsində ölkənin müdafiə naziri general Davud Raca, daxili işlər naziri Məhəmməd əş-Şaar və müdafiə nazirinin müavini, prezident Bəşər Əsədin qaynı Asif Şövkətin öldüyü bildirilir. Bu barədə "Aljazeera" telekanalı Suriyanın dövlət televiziyasına istinadən xəbər verir.
Məlumata görə, müdafiə nazirinin cangüdənlərindən və Bəşər Əsədin şəxsi mühafizəçilərindən biri olan şəxs özünü təhlükəsizlik xidmətinin binası yanında partladıb. Partlayış vaxtı həmin binada Nazirlər Kabinetinin və təhlükəsizlik qurumlarının birgə iclası keçirilirmiş.
Bu arada, Suriyanın dövlət televiziyası daxili işlər nazirinin öldüyü barədə məlumatları yalanlayıb, onun sadəcə yaralandığını bildirib.
Terror aktına görə məsuliyyəti "Liva əl-İslam" qruplaşması və "Azad Suriya Ordusu" öz üzərinə götürüb.
DOSTLARINLA PAYLAŞ: