Briqada komandiri: Əgər Əsəd yaşıyırsa, 12 saat ərzində meydana çıxsın.
Suriyada hökumətə qarşı mübarizə aparan müxalif qüvvələrin prezident Bəşər Əsədin öldürülməsi ilə bağlı yeni iddiaları səsləndirilib. Döyüşlərin qızğın olduğu Hələb şəhərindən yayımlanan videomaterialda döyüşçülər ərəb ölkələrinə səslənərək Əsədi öldürüdüklərini və zülmə qarşı mübarizədə qalib gəldiklərini bildiriblər. Briqada komandirinin sözlərinə görə, xəbər etibarlı mənbədən alınıb. Komandir çağırış edərək, artıq rejimə tabe olan qüvvələrin məğlubiyyəti qəbul etməli olduğunu və silahı yerə qoymağın vaxtının gəlib çatdığını deyib.
Briqada komandiri: “ Xalqın səbrsizliklə gözlədiyi xəbəri sizlərə çatdırırıq. Bəşər Əsəd artıq öldürülüb. Bu barədə Dövlət Sarayının komandirləri məlumat yayıblar. Əgər Əsəd yaşıyırsa, 12 saat ərzində meydana çıxsın. Rejimə tərəfdar olan hərbi qüvvələr isə özlərinə ən yaxın Azad Suriya Ordusu məntəqələrinə təslim olsunlar”.
Ordu mənsublarına son xəbərdarlıq olunduğunu bəyan edən komandir indidən sonra sizə heç bir mərhəmət göstərilməyəcək deyə sözlərinə əlavə edib. Təslim olanların isə ədalətli məhkəmə ilə təmin olunacağına söz verilib.