Suriya prezidenti Bəşər Əsəd yeni imici ilə ictimaiyyətin qarşısına çıxıb.
ANS PRESS-in xəbərinə görə, Bəşər Əsəd ölkəsində müəllimlər günü münasibəti ilə keçirilən tədbirdə iştirak edib.
Müəllimləri bu gün münasibəti ilə təbrik edən Əsəd Suriya ordusunun terrorçularla mübarizə apasrması kimi müəllimlərin də gələcək nəsilləri yetişdirmək üçün cəhalətlə mübarizə apardığını deyib. Əsəd xüsusilə qadın müəllimlərin cəsarətini təqdirlə qarşıladığını deyib.
Qeyd edək ki, tədbirdə Suriyanın birincixanımı Əsma Əsəd də iştirak edib və müəllimləri bu gün münasibəti ilə təbrik edib.