Bəşər Əsəd yaralanıb və Dəməşqdən qaçıb
19 İyul 2012 Cümə Axşamı 04:26
Suriya Milli Şurası Əsəd rejiminin yaxın günlərdə çökəcəyini deyib.
Azad Suriya Ordusunun qurucusu və komandiri Riyad əl Əsəd ölkə prezidenti Bəşər Əsədin yaralandığını və Ləzqiyyə şəhərinə qaçdığını iddia edib. Xəbəri “Twitter” sosial şəbəkəsindəki səhifəsində paylaşan Riyad əl Əsəd bu məlumatı Bəşər Əsədə yaxın çevrədən əldə etdiyini yazıb.
Bundan başqa Dəməşqdə ölkə rəsmilərinə istiqamətlənmiş kamikadze hücumdan sonra Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin təyyarə ilə Rusiyaya getdiyi iddia olunub.
Ağ ev rəsmiləri isə kamikadze hücumundan sonra Bəşər Əsədin harda olması barədə əllərində heç bir məlumat olmadığını açıqlayıb. Ağ ev həmçinin kimyəvi silahların hələ də Əsəd tərəfdarlarının əlində olduğunu bildirib.
Suriya Milli Şurası isə Əsəd rejiminin yaxın günlərdə çökəcəyini deyib. Şuranın sədri Əbdülbasit Seyda “Reuters”ə verdiyi müsahibədə kamikadze hücumunun Bəşər Əsədlə mübarizədə son mərhələ olduğunu deyib.
“Son mərhələyə girdik. Bu yaxınlarda rejimləri çökəcək. Bu hücum rejim üzərində daha çox təzyiq yaradacaq. Həftələr və ya aylardan sonra bu iş başa çatacaq” – deyə Seyda bildirib.
DOSTLARINLA PAYLAŞ: