Bəşər Əsəd xalqa müraciət edəcək
21 Avqust 2011 Bazar 01:36
Bəşər Əsəd xalqa müraciət edəcək. Bu, Suriya liderinin ABŞ və Avropa Birliyinin istefa tələblərindən sonra ilk çıxışı olacaq.
Suriya lideri Bəşər Əsəd bu gün televiziya ilə çıxış edəcək. Məlumatı yerli SANA agentliyi yayıb. Bu, ABŞ və Avropa Birliyinin istefa tələblərindən sonra Suriya liderinin xalqa ilk müraciəti olacaq.
“Prezident Bəşər Əsəd bazar günü Suriya televiziyasına ölkədəki vəziyyətlə bağlı müsahibə verəcək”, - SANA xəbər verir.
Cümə axşamı Avropa Birliyinin beynəlxalq məsələlər üzrə ali nümayəndəsi Ketrin Eşton bəyan etmişdi ki, Bəşər Əsəd Suriya xalqının gözündə legitimliyini itirib. O, Bəşər Əsədi istefaya çağırıb. Ketrin Eşton onu da bildirib ki, Avropa Birliyi Suriya rəhbərliyinə qarşı yeni sanksiyalar paketi hazırlayıb. Avropa birliyinin bu mövqeyini Fransa, Almaniya, Böyük Britaniya və İspaniya dəstəkləyib.
Daha əvvəl ABŞ prezidenti Barak Obama da bəyan etmişdi ki, Bəşər Əsəd Suriya xalqı naminə dərhal istefa verməlidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: