Bəşər Əsəd ümumi amnistiya elan etdi
29 Oktyabr 2013 Çərşənbə Axşamı 23:04
Hərbi xidmətdən yayınaraq həbs cəzası alan şəxslər üçün amnistiya elan edilib.
Suriya prezidenti Bəşər Əsəd hərbi xidmətdən fərarilik edərək və boyun qaçıraraq həbs cəzası alan şəxslər üçün amnistiya elan edib.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu ölkədə bərbi xidmətdən yayınma və ya boyun qaçırma oktyabrın 29-da verilən prezident fərmanına qədər hərbi cinayət sayılırdı.
Qeyd edək ki, Əsəd 2012-ci ilin yanvarında verdiyi başqa bir fərmanla dövlət əleyhinə cinayətlərdə iştirak etmiş şəxslər azadlığa buraxmışdı.
Əsəd digər fərmanı ilə baş nazirin müavini Kadri Cəmili istefaya göndərib. Ərəb mətbuatının yazdığına görə, onun hökumətin icazəsi olmadan qeyri-qanuni görüşlərdə iştirak etməsi, bu fərmanın verilməsi ilə nəticələnib.
DOSTLARINLA PAYLAŞ: