Beşer Esed: Son qerar yalnız Suriya olmalıdır
22 Oktyabr 2013 Çərşənbə Axşamı 10:03
Suriya lideri Beşer Esed yeniden prezident seçilmesine engel töredecek heç neye ehemiyyet vermediyini açıqlayıb.
Suriya prezidenti Başar Əsəd Cenevrədə hazırlanan Suriya münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə konfransı tənqid edib.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, "Əl-Mayadin" kanalına müsahibə verən Bəşər Əsəd danışıqlar zamanı son qərarın Suriya ilə bağlı olacağını bildirib: "Qərara xarici güçlərin müdaxiləsinə yol verilməməlidir".

Bəşər Əsəd həmçinin növbəti prezident seçkilərində iştirakına maneə törədən heç nəyə əhəmiyyət vermədiyini də açıqlayıb.

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri, yaxın vaxtlarda Əsədin yenidən prezident seçilməsi nəticəsində, Suriyada vətəndaş müharibəsinin uzanacağını açıqlayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar