Bəşər Əsəd qiyamçılara aministiya sözü verdi
05 Noyabr 2011 Şənbə 01:48
Hakimiyyət qiyamçılar bir həftə ərzində silahı yerə qoymağa çağırıb.
Suriya hakimiyyəti bir həftə ərzində silahı yerə qoyan bütün qiyamçılar üçün amnistiya elan edib. Məlumatı “Reuters” agentliyi Suriyanın dövlət televiziyasına istinadən məlumat yayıb. Məlumata görə, Daxili İşlər Nazirliyi silahı olan, onu alan, satan və daşıyan, eləcə də həmin silahla cinayət trətməmiş şəxsləri yaxınlıqdakı polis məntəqəsinə təslim olmağa çağırıb.

Qeyd edək ki, Suriya Ərəb Ölkələri Liqası tərəfindən ölkədəki daxili siyasi böhranın nizamlanması ilə bağlı təklif olunan planı qəbul edib.

Lakin hələ də Suriyanın şəhərlərində silah səsləri eşidilir və ölənlər olur.




DOSTLARINLA PAYLAŞ:

oyunlar