Bəşər Əsəd öz vəzifəsindən istefa verməyə hazırdır
14 Avqust 2012 Çərşənbə Axşamı 17:04
Suriya diktatoru Bəşər Əsədin qardaşı Mahir Əsəd yaralanıb.
“OLAYLAR”-ın Türkiyə bürosunun məlumatına görə, bunu Rusiya daxili işlər nazirinin müavini Mixail Boqdanov Səudiyyə Ərəbistanında işıq üzü görən “Ən Vatan” qəzetinə müsahibəsində deyib. Nazir müavini bildirib ki, iyulun 18-də Təhlükəsizlik Şurasının binasında baş verən partlayışda B.Əsədin qardaşı M.Əsəd ağır yaralanıb. Partlayış zamanı onun hər iki ayağına qəlpələr dolub. Hazırda isə M.Əsədin vəziyyəti ağır olaraq qalmaqdadır. M.Boqdanov bəyan edib ki, bəzi şərtlər razılaşdırılsa B.Əsəd öz vəzifəsindən istefa verməyə hazırdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar