Bəşər Əsəd müdafiə nazirini istefaya göndərdi
09 Avqust 2011 Çərşənbə Axşamı 03:39
Əsəd bu vəzifəyə Suriyanın baş qərargah rəisi general Davud Raçanı təyin edib
Suriya prezidenti Bəşər Əsəd ölkənin müdafiə nazirini tutduğu vəzifədən azad edib. Əsəd bu vəzifəyə Suriyanın baş qərargah rəisi general Davud Raçanı təyin edib. Rəsmi “Sana” agentliyi, Bəşər Əsədin bu addımı hökumətin tərkbinin dəyişdirilməsi tədbirləri çərçivəsində atdığını bildirib. Qeyd edək ki, bundan əvvəl Suriyanın müdafiə naziri Əli Həbib idi.
DOSTLARINLA PAYLAŞ: