Bəşər Əsəd meydan oxudu
29 Avqust 2013 Cümə Axşamı 17:38
Bəşər Əsəd: Zəfər bizim olacaq və biz özümüzü müdafiə edəcəyik.
ANS PRESS-in məlumatına görə, bunu son bir necə gündə dünyanın əsas diqqət mərkəzində olan Suriya prezidenti Bəşər Əsəd deyib. Livanın "Əl Əkbər" qəzetinin yaydığı məlumata görə, Əsəd suriyalı rəsmilərə xitab edib. Qəzetin yazdığına görə, o, müraciətində bu mübarizə zəfərlə çıxanın özləri olacağını qeyd edib.
"Bildiyiniz kimi böhran başlayandan bu yana biz əsl düşmənimizin özünü ortaya çıxarmasını gözlədik. Əhval ruhiyyənizin yaxşı olduğunu və vətəni qorumaq üçün hər hansı bir hücuma qarşı hazırlıqlı olduğunuzu bilirəm. Bu, bizim zəfərlə çıxacağımız tarixi bir qarşıdurmadır".
Bundan əlavə Suriya dövlət televiziyasında yer alan məlumata görə, Bəşər Əsəd yəmənli siyasətçiləri qəbul edərkən ölkəsinin hər hansı bir hadisə baş verəcəyi təqdirdə özünü müdafiə edəcəyini və bu təhdidlərin Suriyanın azadlığa olan sevgisinin daha da artırdığını qeyd edib.
DOSTLARINLA PAYLAŞ: