Bəşər Əsəd: Liviya ssenarisi Suriyada keçməyəcək
29 İyun 2012 Cümə 02:33
Bəşər Əsəd: Suriyanı əzmək səyləri indiyədək nəticə verməyib və bundan sonra da verməyəcək.
Bəzi ölkələr sonradan Suriyanı günahlandırmaq üçün BMT-nin xüsusi nümayəndəsi Kofi Annanın planının iflasına çalışır. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Suriya prezidenti Bəşər Əsəd İran televiziyasına müsahibəsində deyib.
Bəşər Əsəd bəyan edib ki, ölkəsinə qarşı hərbi əməliyyatı gözləmir. “Liviya ssenarisi Suriyada keçməyəcək”, - Suriya prezidenti deyib. Onun sözlərinə görə, minlərlə insanların xilası üçün terrorçuların məhvi Suriya hökumətinin mənəvi borcudur.
“Suriyanı əzmək səyləri indiyədək nəticə verməyib və bundan sonra da verməyəcək”, - deyən Bəşər Əsədin sözlərinə görə, suriyalılar Fələstinə verdikləri dəstəyə görə təzyiqə məruz qalıblar.
“Biz islahatlar keçiririk. Lakin onlar terrorçular və onlara kömək edən hökumətlər üçün heç bir əhəmiyyət kəsb etmir”, - Bəşər Əsəd bildirib.
DOSTLARINLA PAYLAŞ: