Beşer Esed ittiham edildi
28 May 2013 Çərşənbə Axşamı 03:53
Fransa da Beşer Esedin kimyevi silahdan istifade etdiyini beyan etdi.
Suriya hakimiyyəti müxalifətə qarşı kimyəvi silahdan istifadə edib. Bunu Fransanın xarici işlər naziri Loran Fabius deyib.
"Hazırda informasiyalara əsaslanaraq deyə bilərik ki, Suriya hakimiyyəti müxalifətə qarşı kimyəvi silahdan istifadə edib. Biz alınan məlumatların səhihliyini müttəfiqlərimizlə yoxlayırıq" - deyə Fabius əlavə edib.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-ın yüksək rütbəli zabiti də Bəşər Əsədin müxalif silahlı qurplaşmalara qarşı kimyəvi silahdan istifadə etməsi barədə məlumat yaymışdı.
DOSTLARINLA PAYLAŞ: