Bəşər Əsəd İrana qaçıb
28 Avqust 2013 Çərşənbə 13:48
Suriya prezidenti Bəşər Əsəd ailəsi ilə birlikdə İrana qaçıb.
Suriyada kimyəvi silahdan istifadə edildiyi üçün Ağ Evdə Bəşər Əsəd ordusuna aid hədəflərin vurulması ilə bağlı məsələnin gündəmdə olduğu bir vaxtda maraqlı iddia səsləndirilib.
ANS PRESS-in İran mətbuatına istinadən verdiyi xəbərə görə, Bəşər Əsəd İrana qaçıb.
İran rəsmi televiziyasının XİN-də olan mənbəyə istinadən yaydığı məlumata görə, Əsədə məxsus təyyarə səhər saatlarında paytaxt Tehranın Beynəlxalq İmam Xomeyni Hava limanına enib.
Xəbərdə, təyyarədə Əsədin ailə üzvləri və bir neçə dövlət nümayəndələrinin də olduğu bildirilir.
Livanın “Beyrutun Səsi” radiosu isə, son 24 saat ərzində, Əsəd ailəsindən olan 10 nəfərin Birləşmiş Ərəb Əmirliklərində getdiyini bildirib.
DOSTLARINLA PAYLAŞ: