Bəşər Əsəd Fransanı Türkiyənin səylərinə dəstək verməyə çağırdı
14 Noyabr 2009 Şənbə 04:45
Bəşər Əsəd Suriya və İsrail ekspertlərinin Türkiyədə görüşməsini istəyir
Suriya prezidenti Bəşər Əsəd Fransanı Türkiyənin Yaxın Şərqdəki sülh prosesində vasitəçilik səylərinə dəstək verməyə çağırıb. O Parisdə jurnalistlərlə söhbətində İsrailin baş naziri ilə birbaşa görüşün mümkünlüyünü istisna edib.
Qeyd edək ki, Bəşər Əsəddən iki gün əvvəl Parisə səfər edən İsrailin baş naziri Benyamin Netanyahu bəyan etmişdi ki, istənilən vaxt, istənilən yerdə və heç bir qeyd-şərtsiz Bəşər Əsədlə görüşməyə hazırdır. O bununla Yaxın Şərq nizamlama prosesində İsrail-Suriya birgə fəaliyyətinin bərpasını istəyini ifadə edib.
Bəşər Əsədin isə İsrailin baş nazirinə cavabı konkret olub: “Əgər Netanyahu ciddidirsə, bir öz ekspertlərimizi Türkiyəyə göndərək, onların da ekspertləri gəlsinlər. Onlar yalnız bundan sonra sülhün yaranmasında maraqlı olduqlarından danışa bilərlər”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: