Bəşər Əsəd əfv etdi
16 Aprel 2013 Çərşənbə Axşamı 15:20
Suriya prezidenti Bəşər Əsəd milli bayram ərəfəsində müvafiq fərman imzalayıb.
Suriya prezidenti Bəşər Əsəd ölkədə növbəti dəfə ümumi amnistiya elan edib. Suriya dövlət televiziyasının məlumatına görə, Bəşər Əsəd imzaladığı əfv fərmanı ilə 16 aprel 2013-cü ilədək cinayət törətmiş qeyri-müəyyən sayda cinayətkarı əfv edib. Ümumi amnistiya Suriyada milli bayram münasibətilə elan edilib.
Qeyd edək ki, Bəşər Əsəd ölkədə münaqişənin davam etdiyi 2 il ərzində bir neçə dəfə milli bayram ərəfəsində ümumi amnistiya elan edib.
DOSTLARINLA PAYLAŞ: