Beşer Esed çoxdan gözlenilen qerarı verdi
22 May 2013 Çərşənbə 02:03
Suriya lideri müxalifətlə danışıqlar aparacaq 5 nəfərlik nümayəndə heyətinin tərkibini açıqlayıb.
Bəşər Əsəd Suriyada tökülən qanı dayandıra biləcək bir qərar verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Əsəd 5 hökümət məmurunu müxalifətlə danışıqlar aparmaq üçün ayırıb.

Həmin qrupda baş nazir Vail əl Halki də yer alıb. Müxalifət isə indidən danışıqlara qatılacaq bəzi şəxslərin adının siyahıdan çıxarılmasını tələb edir. Bəşər Əsədin qrupda yer alan şəxslərin Rusiya tərəfi ilə razılaşdırdığı iddia edilir.

Avropa Birliyindəki adı açıqlanmayan diplomat isə açıqlamasında siyahının dəyişə biləcəyini bildirib. Qeyd edək ki, indiyədək Suriyada üsyançılarla hökumət qüvvələri arasında silahlı münaqişədə 80 min nəfərin öldürüldüyü bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar