Bəşər Əsəd bu gün İrana səfər edəcək
02 Oktyabr 2010 Şənbə 02:40
Bəşər Əsəd Mahmud Əhmədinejatla son iki həftədə ikinci dəfə görüşəcək.
Suriya prezidenti Bəşər Əsəd bu gün İrana səfər edəcək. O, Səfər çərçivəsində iranlı həmkarı Mahmud Əhmədinejatla görüşəcək. Məlumatı Suriyanın SANA agentliyi yayıb. Məlumata görə, tərəflər dost ölkələr arasındakı əlaqələri, eləcə də regional və beynəlxalq arenada baş verən son hadisələrin inkişafını müzakirə edəcəklər.

Bu, Bəşər Əsəd və Mahmud Əhmədinejat arasında son iki həftədə ikinci görüş olacaq. Sentyabrın ortalarında İran prezidenti Nyu-Yorka səfəri zamanı Dəməşqdə qısa müddət ərzində dayanmış və hava limanında Bəşər Əsədlə görüşmüşdü. Həmin görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın, xüsusilə, neft, qaz, dəmir yolu nəqliyyatı kimi strateji sahələrdə münasibətlərin səviyyəsinin artırılması məsələsini müzakirə etmişdilər. Prezidentlər İraqın yeni hökumətin formalaşdırılması ilə böhrandan çıxarılmasının vacibliyini də qeyd etmişdilər.

Qeyd edək ki, Suriya və İranı strateji xarakter daşıyan 30 illik dostluq əlaqələri bağlayır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar