Bəşər Əsəd barəsində ölüm fətvası verildi
17 Mart 2012 Şənbə 04:05
Fətvanı verən şəxs “Təhrir” aksiyalarının da təşkilatçılarından və aktivlərindən biri olub.
Misirin tanınmış din xadimlərindən biri olan Səfvət Hicazi suriyalı diktator Bəşər Əsəd barəsində ölüm fətvası verib. Bu barədə xəbəri Dubayda nəşr olunan “Gulfnews” qəzeti yayıb. Məlumata görə, sabiq Misir diktatoru Hüsnü Mübarəyə qarşı keçirilən “Təhrir” aksiyalarının da təşkilatçılarından biri olan Hicazi bu barədə Qahirədə Bəşər Əsədə qarşı keçirilən etiraz aksiyasındakı çıxışında danışıb.
DOSTLARINLA PAYLAŞ: