Bəşər Əsəd 2014-cü ildə prezident seçkilərində iştirak edəcək
03 Mart 2013 Bazar 11:34
Bəşər Əsəd 2014-cü ildə prezident seçkilərində iştirak edəcək. Xəbəri İranın xarici işlər naziri Əli Əkbər Salehi verib.
Suriya prezidenti Bəşər Əsəd 2014-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək. ANS PRESS-in məlumatına görə, bu haqda İranın xarici işlər naziri Əli Əkbər Salehi suriyalı həmkarı Valed əl-Muallemlə birgə keçirdiyi mətbuat konfrasında açıqlama verib.
"Növbəti seçkiqabağı kampaniyada başqaları kimi Bəşər Əsəd də iştirak edəcək. Suriya xalqı istədiyi namizədi seçəcək",- deyə İran XİN rəhbəri bildirib.
O, xüsusi olaraq qeyd edib ki, İranın mövqeyi dəyişməz olaraq qalır: "Bəşər Əsəd 2014-cü il seçkilərinə qədər "dövlətin legetim rəhbəri" olaraq qalır".
Suriya tərəfi də bu informasiyanı təsdiq edib.
Xatırladaq ki, Suriyada silahlı münaqişə artıq 2 ildir davam edir. BMT-nin rəsmi açıqlamalarına əsasən, bu toqquşmalar 70 mindən artıq can alıb. Ölkə infrastrukturuna isə 1 milyard dollardan artıq ziyan dəyib.
DOSTLARINLA PAYLAŞ: