ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye Ermənistana səfər edib. Bu barədə "Panarmenian" məlumat verib. O, bu gün İrəvanda Ermənistanın prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbadyanla görüşəcək. Görüşlərdə Qafqazda yaranmış son vəziyyət müzakirə olunacaq. Bundan sonra B. Fasye Gürcüstan, Azərbaycan və Türkiyəyə də səfər edəcək.
Qeyd edək ki, B. Fasyenin sözlərinə görə, o, ay yarım ərzində artıq dördüncü dəfədir ki, regiona səfər edir./ANSPRESS/