Bermud üçbucağının sirri açıldı
12 Dekabr 2012 Çərşənbə 17:47
Atlantintik okeanın təyyarə və gəmilərin möcüzəvi şəkildə itməsinin bir məntiqi izahı var.
Yarım əsrdən çoxdur ki, bəşəriyyəti düşündürən və gəmiləri “udan” Bermud üçbucağının sirri açılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Avstraliyadan olan alimlər, deyəsən, bu sirri açıb.
Melburnda yerləşən Monaşa Universitetinin əməkdaşları Cozef Monaqan və onun köməkçisi Devid Mey iddia edir ki, Atlantintik okeanın bu tanınmış regionda təyyarə və gəmilərin möcüzəvi şəkildə itməsinin bir məntiqi izahı var. Onların fikrincə, buna səbəb təbii metan qazıdır. Bu qaz okeanın bu regiondakı dibində olan qədim yer plitələrindən çıxır.
Onların nəzəriyyəsinə görə, okeanın dibindən çıxan qaz iri bir köpük halına düşür və o, yuxarı səddə çataraq qarşısına çıxan hər şeyi udur. Metan yaranmaları o həddə çatır ki, hətta alçaqlıqdan uçan təyyarələri belə vura bilir.
Alimlər özləri də bir eksperiment keçiriblər. Onlar böyük çəni su ilə doldurub, onun üzərinə bir neçə oyuncaq gəmilər qoyublar. Su alrından isə metan qazı vurmağa başlayıblar. Məlum olub ki, bu gəmilər köpütün ortasına qədər gələrək, sonradan suyun dibinə düşürdü.
Alimlər onu da qeyd ediblər ki, Bermud üçbücağında batan gəmilərdə aşkar olunan meyitlər aşkar olunub. Bu insanlar orada sadəcə zəhərli metan qazının təsirindən vəfat ediblər.
Ancaq bununla belə, hazırda dünya elm adamları Bermud üçbucağının sirri ilə bağlı son rəsmi açıqlamanı verməyə tələsmirlər.
DOSTLARINLA PAYLAŞ: