Berluskoniyə verilən etimada etiraz aksiyası
15 Dekabr 2010 Çərşənbə 01:40
Ölkənin bir çox şəhərlərində aksiyalar keçirilir, bəzi yerlərdə isə qarşıdurmalar yaranıb
Italiya parlamentinin yuxarı palatası olan senatda ötən gün keçirilən etimad səsverməsində Silvio Berluskoninin vəzifəsinə davam etməsi üçün rəy verildi. Senatda səsvermənin 162 lehinə, 135 əleyhinə olan nəticəsi Berluskonini sevindirib və hökumət millət vəkilləri müxalifət lideri Canfranko Finini istefaya səsləyib. Bu nəticəyə görə mövcud İtaliya hökuməti 2013-cü ildə keçiriləcək parlament seçkilərinə qədər vəzifəsinin icrasına davam edəcək.
Ölkədə yüz minlərlə insan küçələrə çıxaraq baş nazir Silvio Berluskoniyə verilən etimada etirazını bildirir. Artıq ölkənin Roma, Milan, Türin, Palremo və Bari şəhərlərində küçələrə çıxan ölkə vətəndaşları avtomobil yollarını bağlayıb, mağazaların və bir sıra ictimai binaların şüşələrini sındırıblar. Paytaxt Romada polislə etiraz aksiyası iştirakçıları arasında baş verən qraşıdurma nəticəsində ən azı 40 nəfər yaralanıb.
Romanın mərkəz hissəsi aksiyalar səbəbindən tıxaclar yaranıb. Həkimlər hadisə yerində yaralılarara yardım etməkdən imtina ediblər. Aksiyalar zamanı 3 nəfər karabinyerin də yaralandığı deyilir. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və şəhərin mərkəzinə daxil olmaq istəyənlərə qarşı isə rezin dəyənəklərdən istifadə edib.
Qeyd edək ki, ölkədə təhsillə bağlı islahatlara qarşı etiraz aksiyası keçirən tələbələr də parlamentin hər iki palatasında Berluskoniyə verilən etimada etirazlarını bildiriblər.
Palermoda tələbələr aksiyalar zamanı qısa müddət ərzində hava limanın fəaliyyətini dayandıra biliblər. Belə ki, Milanda 500 nəfərə qədər insan hava limanı ərazisinə daxil olaraq uçuş və enmə zolaqlarına çıxıblar.
Bundan başqa Milanda onlarla gənc fond birjasının binasına daxil olublar. Aksiya iştirakçılarının sıralarına ekstremistlər də daxil olublar ki, onlar daha sonra küçələrdə zibil qablarını və avtomobilləri yandıraraq polislə də qarşıdurma yaranmasına səbəb olublar. Aksiyalar zamanı qvardiyaya məxsus zirehli avtombil də yandırılıb.
Sicilyanın inzibati mərkəzi Palermoda aksiya iştirakçıları şəhər dəmir yolunun işini dayandırıblar. Genuyada isə universitet Rektorluğunu nəzarət altina alıblar.
DOSTLARINLA PAYLAŞ: