Berluskoniyə 6 il həbs cəzası istənildi
14 May 2013 Çərşənbə Axşamı 14:31
İtaliyanın sabiq baş naziri "Rubi işi" ilə əlaqədar mühakimə olunacaq.
İtaliyanın Milan şəhər prokurorluğu sabiq baş nazir Silvio Berluskoniyə "Rubi işi" ilə əlaqədar 6 il müddətinə həbs cəzası verilməsini tələb edib. Bundan başqa, prokuror Berluskoniyə dövlət vəzifələrini tutmağa ömürlük qadağa qoyulmasını tələb edir. Sabiq baş nazir yetkinlik yaşına çatmamış qızla intim münasibətlərdə və öz səlahiyyətlərini aşmaqda ittiham edilir.

"Rubi işi"ndə söhbət Rubi ləqəbli mərakeşli rəqqası Karima əl-Məxruqdan gedir. Silvio Berluskoni iddia edildiyi kimi, rəqqasə 16 yaşında olarkən onunla əlaqəsi olduğunu təkzib edir. Lakin 3 il əvvəl Berluskoninin şəxsən Milan polisinə zəng vuraraq, oğurluğa görə saxlanmış Rubinin sərbəst buraxılmasını xahiş etməsi onun işini çətinləşdirir.

Berluskoninin tərəfdarları onun müdafiəsinə manifest hazırlayıblar. Məhkəmənin qərarının iyunun 24-də veriləcəyi gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar