Berluskoniyə 4 il həbs
19 Oktyabr 2013 Şənbə 15:54
Maliyyə fırıldaqçılığı ilə iddiham olunan Berluskoniyə iki il ərzində dövlət postlarını tutmağı qadağan edib.
İtaliyanın sabiq baş naziri Silvio Berluskoniyə 4 il həbs cəzası verilib. ANS PRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Milan məhkəməsi maliyyə fırıldaqçılığı ilə iddiham olunan Berluskoniyə iki il ərzində dövlət postlarını tutmağı qadağan edib.

Senatın Xüsusi Komissiyasının iclasında isə Berluskoninin senator səlahiyyətlərindən məhrum edilməsi tövsiyə edilib. Komissiyanın iclası Berluskoninin iştirakı olmadan keçirilib.

Qeyd edək ki, İtaliyada "Severino" qanuna görə, iki ildən artıq bir müddətə azadlıqdan məhrum edilən şəxslərə seçilmək və siyasətlə məşğul qadağan olunur. Berluskoninin vəkilləri bu qanunla bağlı Avropa insan haqları məhkəməsinə şikayət edib. Onların fikrincə, "Severino" qanunu Avropa konvensiyasının seçkilər hüququ haqqında 7-ci maddəsinə və üçüncü maddəsinin 1-ci protokolunu pozur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar