“Berluskoninin vəziyyəti nəzarətdən çıxmış bir xəstəlikdir”
30 Oktyabr 2010 Şənbə 04:15
İtaliyanın baş naziri Silvio Berluskoni yeni seks qalmaqalı ilə yenidən dünyanın gündəmindədir.
İtaliyanın baş naziri Silvio Berluskoni yeni seks qalmaqalı ilə yenidən dünyanın gündəmindədir. İtaliya mətbuatı baş nazirin növbəti qeyri-qanuni münasibəti haqda, 17 yaşlı mərakeşli eskort qızla olan gizli əlaqəsi barədə yazıb. Bu münasibətə ən kəskin reaksiyanı isə Katolik kilsəsinin həftəlik nəşri olan “Famiglia Cristiana” (Xristyan Ailə) jurnalı bildirib. “Berluskoninin növbəti qalmaqalı” başlıqlı yazıda baş nazirin xəstə olduğu bildirilib.
Corc Veççion imzalı məqalədə Veronika Larionun Berluskonidən boşanmaq qərarı verdiyi də bildirilib, xanım Larionun ərinin cavan qızlara aludəçi olması barədə iddiaları yazılıb. “Baş nazirin xanımı bu barədə daha əvvəl açıqlama vermişdi. O, “Bu bir xəstəlikdir və nəzarət etmək mümkün deyil” – demişdi”.
Bundan başqa baş nazirin ətrafındakı insanları baş verənlərə sadəcə tamaşaçı qalmaqda ittiham edən yazıçı Berluskoni barəsində “yardımsevər və əliaçıqdır” deyənlərə də sual istiqamətləndirib. “Onun əliaçıqlığı və yardlmsevərliyi nəyin qarşılığıdır?” ANSPRESS
DOSTLARINLA PAYLAŞ: