Berluskoninin qızı futbolçuya aşiq olub
23 Fevral 2011 Çərşənbə 18:01
Barbara "Milan"ın bütün oyunlarını stadiondan izləyir
İtaliyanın baş naziri Silvio Berluskoninin qızı Barbara futbolçuya aşiq olub. “Milan” klubunun marketinq şöbəsində çalışan 26 yaşlı qızın elə klubun 21 yaşlı braziliyalı futbolçusu Aleşandro Patoya aşiq olduğu bildirilir. Silvio Berluskoninin qızı Aleşandro Patonun oyunlarını izləmək üçün “Milan”nın bütün oyunlarında stadiona təşrif buyurur.

Qeyd edək ki, Barbara Berluskoni 10 il ərzində evli olduğu Corcio Valaqutsa adlı gənc oğlandan bu yaxınlarda ayrılıb. Barbaranın Alessandro və Eduardo adlı iki övladı da var.

Aleşşandro Pato isə 21 yaşı olmasına baxmayaraq “Miss Braziliya-2010” seçilmiş Debora Lira ilə evlənərək sonradan boşanıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar