Berluskoni yeni sevgilisindən danışıb
17 Dekabr 2012 Bazar Ertəsi 12:30
"O, Marinanın yaxın rəfiqəsidir", - deyə siyasətçi etiraf edib.
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni rəsmən etiraf edib ki, yeni sevgilisi var. 76 yaşlı siyasətçi danışıb ki, qızın adı Françeskadır və onların arasında 48 yaş fərq var.

"Bəli, bu, rəsmidir. O, Neapoldandır. Onun adı Françeskadır, qızın görkəmi gözəl olmaqla yanaşı, qəlbi də gözəldir. O, mənə çox yaxşı münasibət göstərir və bu, qarşılıqlıdır", - deyə Berluskoni vurğulayır.

Baş nazir danışıb ki, o, Françeska ilə 7 ildir ki, tanışdır. Qız siyasətçinin pərəstişkarları klubuna başçılıq edib. Könüllülərin yığdığı pulla o, təyyarə sifariş edib. Təyyarə sahil boyunсa uçub və üzərində aşağıdakı sözlər yazılmış plakat daşıyıb: "Silvio, biz sənsiz darıxırıq". Sonra qız yazını dəyişib: "Silvio, mən sənsiz darıxıram".

"O, mənim yanımda, mənim siyasi qərargahımda işləyib. O, Marinanın yaxın rəfiqəsidir", - deyə siyasətçi birinсi nikahından olan böyük qızını yada salıb. Marina ailə holdinqi "Fininvest"in prezidentidir. "Marina məhkəmələr və istintaqlar zamanı hamıdan çox əzab çəkirdi, indi o, mənə anam kimi yaxındır", - deyə Berluskoni əlavə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar