Berluskoni varisinin adını açıqladı
14 Aprel 2011 Cümə Axşamı 01:37
Bu, hazırkı ədliyyə naziri Ancelino Alfanodur
İtaliyanın baş naziri Silvio Berluskoni 2013-cü ildə baş nazirlik səlahiyyətləri baqa çatdıqdan sonra namizədliyini yenidən irəli sürmək niyyətində deyil. O, hesab edir ki, hökumət başçısı kürsüsündə hazırkı ədliyyə naziri Ancelino Alfanonu görmək istəyir. Silvio Berluskoni bunu xarici mətbuat nümayəndələri ilə şam yeməyində bəyan edib. “Mən partiya siyahısına başçılıq edə bilərəm, amma aparıcı rol oynamaq istəmirəm”, deyə İtaliyanın baş naziri bildirib. Bu barədə məlumatı “Wall Street Journal” qəzetinin internet saytı yayıb.

Silvio Berluskoninin sözlərinə görə, 2013-cü ildə keçiriləcək seçkilərdəki qələbə qazanılsa, 40 yaşlı ədliyyə naziri hakim “Xalq azadlığı” partiyasından baş nazirliyə namizəd ola bilər.

İtaliya mətbuatının məlumatına görə, dörd saat davam edən görüşdə xarici nəşrlərin 22 jurnalisti iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar