Berluskoni Şarl Aznavurla mahnı oxuyacaq
19 İyul 2010 Bazar Ertəsi 18:10
İtaliya baş nazirinin konserti Milanda olacaq.
İtaliyanın baş naziri Silvio Berluskoni Ermənistanın İsveçrədəki səfiri, Fransa vətəndaşı Şarl Aznavurla mahnı oxuyacaq. Adı qalmaqallarla hallanan baş nazir Milanda kafedral meydanda bu gecə müğənnilik edəcək. Konsert meydanın bərpasına yardım məqsədilə keçiriləcək. Bir necə mahnıda Aznavuru müşahidə edəcək Berluskoniyə mükafat da veriləcək.

Milan şəhərinin rəhbərliyi Berluskoninin mükafatlandırılmasını onun "nadir qabiliyyətli dövlət adamı" olması ilə izah edib.

Qeyd edək ki, Aznavurun konsertinin biletləri 2 min avroya satılır. Baş nazirin çıxışı üçün konsertdə yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülüb. Belə ki, Berluskoni səhnəyə xüsusi lift vasitəsilə gətiriləcək.

Xatırladaq ki, bir necə ay öncə Silvio Berluskoni adıçəkilən meydanda hücuma məruz qalmışdı. Üzünə kiçik heykəllə zərbə endirilməsi nəticəsində onun burnu, bir necə dişi qırılmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar