Berluskoni müxalifəti satın almaq istəyir
25 Fevral 2011 Cümə 05:01
Baş nazir müxalifətçi millət vəkilinə hakimiyyət sıralarına keçmək üçün 150 min avro təklif edib
İtaliyanın müxalifətdə olan Demokratik Partiya (PD) millət vəkili Qino Bucçino baş nazir Silvio Berluskoninin hökumət sıralarına keçmək üçün ona 150 000 avro təklif etdiyini bildirib. Bu barədə keçirdiyi mətbuat konfransında məlumat verən Bucçino bu məqsədlə Berluskoninin sədr olduğu PDL-nin (hakim Müstəqil Xalq Partiyası) rəsmisi Denis Verdi adına bir nəfərin onunla görüşdüyünü deyib.

Kanadada oturan və xaricdə yaşayan italyanların nümayəndəsi olan Bucçino 150 000 avro və gələcək seçkilərdə hökmən seçiləcək bir yerdən namizədliyi üçün təklif olunan təminatı qəbul etmədiyini deyib.

Qeyd edək ki, Denis Verdi açıqlama verərək Bucçinonu tanımadığını deyib.

Ölkədəki telekanallardan biri də Berluskoninin parlamentdə səs satın aldığını iddia etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar