Berluskoni istefa verəcək
08 Noyabr 2011 Çərşənbə Axşamı 23:35
Baş nazir yeni büdcə təsdiqləndikdən sonra vəzifəsini tərk edəgək.
İtaliya prezidenti Corco Napolitano bu axşam bəyan edib ki, baş nazir Silvio Berulskoni ölkənin dövlət büdcəsi təsdiqləndikdən sonra istefa verəcək. Məlumatı “Reuters” agentliyi yayıb.

Bir neçə saat əvvəl İtaliya parlamenti hökumətin maliyyə hesabatını bəyənib. Lakin səsvermənin nəticəsi göstərib ki, son 20 gün ərzində Silvio Berluskoni pvarlamentdəki mütləq çoxluğun dəstəyini itirib. Səsvermədən əvvəl koalisiyadakı yaxın müttəfiqləri də baş naziri istefa ilə hədələyiblər.

Bir gün əvvəl isə Silvio Berluskoni istefaya hazırlaşdığını qəti şəkildə təkzib etmişdi. Lakin müşahidəçilərin fikrincə, bu günkü səsvermənin nəticələri baş nazirə istefadan başqa yol qoymayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar