Berluskoni istefa verəcək?
12 Noyabr 2010 Cümə 23:35
İtaliyanın baş naziri Berluskoni istefaya getmək üçün şərtlərini açıqlayıb.
Məlum olduğu kimi İtaliya parlamentinin aşağı palatasının spikeri Canfranko Fini ölkənin baş naziri Silvio Berluskoninin isfefasını tələb edir. Hökumət başçısı isə spikerin bu çağırışına rədd cavabı verib.
Yerli KİV-in yazdığına görə, Berluskoni istefaya getmək niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, vəzifəsini ancaq parlamentin səsverməsi nəticəsində tərk edəcək.
Baş nazirin əsas rəqibi, lakin əvvəllər onun məsləkdaşı olan Canfranko Fini hesab edir ki, Berluskoninin istefası baş vermiş səhvləri düzəltmək istiqamətində yeganə yoldur. “Berluskoni siyasi iradə nümayiş etdirməli və istefa verməlidir. Artıq irəli addımlamaq mümkün deyil, bütün siyasəti dəyişmək və itirilmiş vaxtı bərpa etmək lazımdır”,- deyə Fini bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: