Berluskoni anti-semitist zarafatla tənqid hədəfi oldu
06 Oktyabr 2010 Çərşənbə 04:40
Vatikan rəsmiləri və İtaliya mətbuatı baş naziri daha ciddi olmağa və məsuliyyətli hərəkət etməyə dəvət edib.
İtaliyanın baş naziri Silvio Berluskoni yəhudi soyqırımı barədə danışdığı lətifə səbəbilə tənqid hədəfi oldu. Hadisə 74 yaşlı baş nazirin ad gününə gələn qonaqları güldürmək istədiyi vaxt baş verib. Soyqırımında ölmüş 6 milyon yəhudinin xatirəsini lağa qoymaqda ittiham olunan Berluskoniyə ən böyük etirazı Vatikan göstərib. Vatikan rəsmiləri və İtaliya mətbuatı baş naziri daha ciddi olmağa və məsuliyyətli hərəkət etməyə dəvət edib.

Berluskoni isə səhvini düzəltmək üçün verdiyi açıqlamada zarafatın gülmk üçün olduğunu, hücum məqsədi daşımadığını deyərək özünü müdafiə edib.

Qeyd edək ki, Berluskoni lətifədə, Hitler Almaniyasında bir yəhudinin başqa yəhudini soyqırımından qorumaq üçün gizlətdiyini, bunun üçün ondan hər gün üçün 3 min avro aldığını, daha sonra isə pul almağa davam etmək üçün Hitlerin öldüyünü və soyqırımının başa çatdığını bildirmədiyini danışıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar