Berkut döyüşçülərinə Rusiya vətəndaşlığı veriləcək
01 Mart 2014 Şənbə 05:43
Rusiya DİN verdiyi açıqlamada Ukraynadan gələcək "Berkut" əməkdaşlarına öz təhlükəsizlik orqanlarında vəzifə verməyə hazır olduqlarını bildirib
Rusiya Xarici İşlər Nazirliyi Simferopoldakı baş konsulluğuna "Berkut" döyüşçülərinə Rusiya vətəndaşlığı verilməsi barədə tapşırıq verib.
ANS PRESS-in xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyi Krım Muxtar Respublikasının paytaxtı Simferopoldakı Baş konsulluğuna Ukraynanın çevik polis alayı "Berkut"-un üzvlərinə Rusiya vətəndaşlığı verilməsini tələb edib.
"Simferepolda olan Rusiya Baş konsulluğuna "Berkut" döyüşçülərinə Rusiya vətəndaşlığı verilməsi üçün təcili tədbirlərin görülməsi tapşırıldı." - deyə Rusiya XİN-in "Facebook" səhifəsində məlumat yayımlanıb.
Rusiya Daxili İşlər Nazirliyi isə verdiyi açıqlamada Ukraynadan gələcək "Berkut" əməkdaşlarına öz təhlükəsizlik orqanlarında vəzifə verməyə hazır olduqlarını bildirib.
Qeyd edək ki, fevralın 25-də Ukraynanın müvəqqəti hökumətində Daxili işlər naziri vəzifəsini yerinə yetirən Arsen Avakov nümayişlərin dağıdılmasında iştirak edən "Berkut" xüsusi polis alayının vəzifəsinə son qoymuşdu.
DOSTLARINLA PAYLAŞ: