Benqal pələngi bir qadını qaçırıb
10 Avqust 2014 Bazar 15:23
Hindistanda benqal pələngi bir qadını qaçırıb. Pələng qadını Manqrov meşəsinə aparıb.
Hindistanda benqal pələngi bir qadını qaçırıb.
ANS PRESS-in məlumatına görə, bu barədə hind rəsmiləri mətbuata açıqlama veriblər. Bildirilib ki, ölkənin şərqində yerləşən Kalküttədə pələng qadını Manqrov meşəsinə aparıb.
Meşənin rəsmi səlahiyyətlisi Sanan Çandra Bahunquna hadisənin təfərrüatı barədə məlumat verib: "Qadın, əri və bir kater sürücüsü meşə yaxınlığındakı dayaz bir çayda xərçəng tutmağa çalışırdılar. Həmin zaman benqal pələngi hücum edib və qadını götürərək meşəyə aparıb".
Qadının ərinin məlumatından sonra meşə gözətçiləri axtarış əməliyyatlarına başlayıb. Axtarış tədbirlərinə baxmayaraq hələ də qadının izinə rast gəlinməyib.
Qeyd edək ki, Qanq çayı və Benqal körfəzinin töküldüyü yer olan Sunderbansda Hindistanın Mangrov meşəsi yerləşir. Bu regionda yaşayan və ov tapa bilməyən vəhşi heyvanlar zaman-zaman insanlara hücum edir.
DOSTLARINLA PAYLAŞ: