Ben Ladenin öldürülməsi Dalay – lamanı məyus edib
13 May 2011 Cümə 12:07
Dalay-lama bunun Səddam Hüseynə qarşı edilən səhv addımın davamı olduğunu bildirib
"Əl-Qaidə" terror qruplaşmasının qurucusu Üsamə bin Ladenin ABŞ xüsusi xidmət orqanları tərəfindən qətlə yetirilməsi və onun cəsədinin dənizə atılması tibetlilərin ruhani lideri Dalay-lamanı məyus edib.
Nyu – Cersidə mətbuat konfransı keçirən Dalay-lama Üsamə bin Ladenin öldürülməsinə təəssüfləndiyini və bunun 2006 – cı ildə edam edilərək öldürülən İraqın sabiq prezidenti Səddam Hüseynə qarşı edilən səhv addımın davamı olduğunu bildirib.
Xatırladaq ki, dünyanın bir nömrəli terrorçusu adını qazanmış Üsamə Bin Laden may ayının 2 – də Pakistanın Abbotabat şəhəri yaxınlığındakı gizləndiyi evində ABŞ xüsusi xidmət orqanları tərəfindən qətlə yetirilib.
DOSTLARINLA PAYLAŞ: