Bələdiyyə sədrinin oğlu 7 nəfəri yaraladı
18 Yanvar 2011 Çərşənbə Axşamı 05:05
Çətin Ormanın hədəfində olan şəxsə isə heç nə olmayıb.
Türkiyə Malatya vilayətinin Doğanşəhir rayonu Polad qəsəbəsi bələdiyyə sədri Həsən Ormanın oğlu Çətin Orman düşmənlik bəslədiyi Atilla Əyilməzə ov tüfəngi ilə atəş açıb. Açılan atəş nəticəsində tüfəngdən çıxan qırmalar hadisə ilə heç bir əlaqəsi olmayan 7 nəfərə dəyib. Yaralılar hadisə yerinə çağırılan təcili yardım maşını ilə Doğanşəhir xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan 2 nəfər isə Malatya dövlət xəstəxanasına aparılıb. Hadisəni törədən Çətin Orman isə jandarm tərəfindən yaxalanaraq həbs olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar